Goranboyda ağır qəza: sərnişinin maşında yanaraq öldü
Goranboy rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.APA TV-nin Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Goranboy rayonu, Balakürd kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilib.
Hər iki avtomobilin xəsarət almış sürücüsü və avtomobildə olan sərnişin, 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 08:55-də başa çatıb.