Şirvanda kriminal aləmin üzvü olan şəxsin meyiti tapılıb

Şirvan şəhəridə, Baş Şirvan kollektorunun sahilində 30-35 yaşlı, boyu 175 santimetr olan naməlum kişi meyiti tapılıb.

 

Bu barədə məlumat APA TV-nin Mil-Muğan bürosuna Şirvan şəhər prokurorluğundan verilib. Şirvan Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzində ilkin müayinənin nəticələrinə görə, meyitin üzərində zorakılıq əlamətlərinin olmadığı bildirilir. Həmçinin meyit müayinə olunarkən onun bədəninin hər iki çiyin nahiyəsində kriminal aləmə məxsus səkkiz guşəli ulduz döymələri aşkarlanıb.

 

Mərhumun şəxsiyyətinin və ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı