Şəkidə 74 yaşlı qadının evinə basqın edənlər 7 ay sonra tutuldu

Şəkidə 7 ay əvvəl evə oğurluq məqsədi ilə basqın edərək, ev sahibəsinə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçan  maskalı şəxslər tutulub.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, 2014-cü il mayın 26-sı səhər saat 7 rədələrində iki nəfər maskalı şəxs qarət məqsədi ilə  Şəki şəhərində 74 yaşlı Gülxar Şaban qızı Ərəbovanın evə basqın edərək ev sahibəsinin  bədəninin sol bazu oynağı, boynun sol hissəsi, sol qaş nahiyəsi və başın ənsə nahiyəsininə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmışdılar. Şəki ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin Şəki şəhər sakinləri, 25 yaşlı Kənani Pərviz Hafiz oğlu və 24 yaşlı Mirzəyev Ümid Rəhim oğlu olduğu müəyən edilib. Keçirilmiş tədbir nəticəsində Kənani Pərviz və Mirzəyev Ümid 2014-cü ilin son günü həbs edilərək istintaqa təvhil veriliblər. Həmin şəxslər yanvarın 2-dən CM oğurluq və quldurluq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. 

 

Şəki ŞRPŞ-dən bildirilib ki, saxlanılanlardan Pərviz Kənani cinayəti törədərkən və polis tərəfindən yaxalanarkən 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkirmiş.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov