Biləsuvarda qəzaya uğrayan maşın yolun kənarına yuvarlanıb, sürücü ölüb
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomagistralının 104-cü kilometrliyində, yolun rayonun Xırmandalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Biləsuvar rayon sakini Mahir Nəhmədovun idarə etdiyi "Volkswagen" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yolun kənarına yuvarlanan "Volkswagen" deformasiyaya uğrayaraq yararsız hala düşüb. Avtomobilin sürücüsü Mahir Nəhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.