Cəncədə 2 avtoxuliqan həbs edilib - REYD
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları şəhərdə reyd keçiriblər. APA TV-nin xəbərinə görə, bayram günlərində təhlükəsizliyi gücləndirmək istyən Gəncə yol polisi reyd və yoxlamaları artırıb.
Reyd yenə də sürücülər və YPX əməkdaşlarının maraqlı dialoqlarına səhnə olub. Bəziləri cəzadan polis əməkdaşlarını dilə tutmaqla qurtulmaq istəyib.
Bayram günləri təşkil olunan yoxlamalarda 21 maşın cərimə meydançasına qoyulub. Cəzalandırılan sürücülər arasında 2 avtoxuliqan da var.
Qeyd edək ki, bayram günlərində Azərbaycanda yol-nəqliyyat hadisələrinin, eləcə də, qəzalarda ölən və yaralananların sayında artım müşahidə olunub.