Sabirabadda avtomobil kanala düşüb, eyni ailədən 4 nəfər ağır yaralanıb
Sabirabadda avtombil kanala düşüb, 4 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 26-cı kilometrliyində, Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində baş verib. Gədəbəy rayon sakini 34 yaşlı İsmayılov Vüsal Yaşar oğlu idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı kanala yuvarlanıb. Avtombildə olan 4 sərnişin son anda xilas olsa da, müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanalarına yerləşdirlib. Saatlı rayonunun Qaralar kənd sakinləri - 29 yaşlı Rüstəmova Saniyə İmanqulu qızı, 30 yaşlı Rüstəmov Amid Ələsgər oğlu xəstəxananın reanimasiya, onların övladları, 6 yaşlı Səma və 10 yaşlı Səbuhi isə travmatologiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.