“AMAY” rəhbərinin cinayət işi məhkəməyə göndərilib

 

“AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib. Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, ittiham aktı vəkillərə və təqsirləndirilən şəxslərə təqdim edilib. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Məhkəmədən isə cinayət işinin yaxın günlərdə icraata veriləcəyini bildiriblər.

 

Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə təqsirləndirilir.

Müəllif | Apa.Tv
Apa.tv