Rusiyada 17 yaşlı azərbaycanlı qız itkin düşüb

Rusiya vətəndaşı olan azərbaycanlı qız itkin düşüb. 17 yaşlı Qumru Əhmədova Moskva vilayətinin Dolqoprudnıy şəhərində yaşayır. APA TV-nin "Komsomolskaya Pravda"ya istinadən xəbərinə görə, 11-ci sinif şagirdi dekabrın 26-da  itkin düşüb. Sinif yoldaşları bildirib ki, onlar birinci rübün başa çatmasını qeyd etmək münasibəti ilə rəfiqələrindən birinin mənzilinə toplaşıblar: "Bir qədər oturduq. Qumru digərlərindən xeyli tez getdi. O milliyətcə azərbaycanlıdır, ailəsi kifayət qədər ciddidir, ona evə tez gəlməsini demişdilər", - deyə onun sinif yoldaşlarından biri bildirib.

 

Qız təqribən 16:00-da rəfiqəsi ilə binadan çıxıb. Bir neçə dəqiqədən sonra onu küçədə telefonla danışan görüblər. 16:11-də o, "VKontakte" sosial şəbəkəsindəki səhifəsinə girib.

 

Qumru Əhmədovanın atası Mirsaleh Əhmədov bildirb ki, həmin vaxt  həyat yoldaşı qızına zəng edərək təcili evə gəlməsini bildirib. 15 dəqiqdən sonra isə onun telefonuna zəng çatmayıb. Bundan sonra ailə polisə müraciət edib.

 

Moskva polisi 17 yaşlı Qumrunun evlənmək məqsədi ilə qaçırıldığını ehtimal edir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı