Bakıda ağır qəzada ölən şəxsin FİFA-nın hakimi olduğu müəyyənləşib - YENİLƏNİB

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Kürdəxanı-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan  10 KB  934  dövlət nömrə-nişanlı "VAZ 2106" markalı avtomobil əks istiqamətdə hərəkət edən eyni markalı 33 BC 033 nömrə-nişanlı avtomobillə toqquşub . Zərbənin gücündən 33 BC 033 nömrə-nişanlı avtomobil yolun digər tərəfinə keçib. Avtomobilin hələlik kimliyi dəqiqləşdirilməyən sürücüsü ölüb. 

 

Digər avtomobilin sürücüsü isə xəstəxanaya aparılıb. Hadisənin  səbəbi   aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. İlkin versiyaya görə, hadisəyə səbəb hər iki avtomobilin yüksək sürətlə idarə olunmasıdır. 

 

AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov apasport.az-a bildirib ki, qəzada ölən şəxs FİFA referisi Xəlil Hüseynlidir. 29 yaşlı hakim artıq dəfn olunub.

 

Müəllif | Apa.Tv