Bakıda güclü külək əsəcək
Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu günorta saatlarında 6-11 dərəcə arasında dəyişəcək. Proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağını, axşam havanın dəyişəcəyinin gözlənildiyini bildirib: "Arabir güclənən cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında isə şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-5, günün birinci yarısında 12-14 dərəcə isti, axşama doğru isə 2-4 dərəcə isti müşahidə olunacaq".
Yanvarın 6-sı və 7-də bölgələrdə hava şəraiti əsasən yağmursuz olacağı gözlənilir: "Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacağı, lakin 7-si günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır. Havanın temperaturu mərkəzi aran rayonlarında günorta saatlarında 11-16 dərəcə, dağlarda isə havanın temperaturu günorta saatlarında 2-7 dərəcə isti olacaq".
Yanvarın 6-da və 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, cənub və şimal küləklərinin bir-birini tez-tez əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.