İŞİD-in girov götürdüyü ingilis jurnalist Mosuldan reportaj hazırlayıb
İŞİD terror təşkilatının girov götürdüyü ingilis jurnalist Con Kantli bu dəfə İraqın Mosul şəhərindən reportaj hazırlayıb. APA TV-nin xəbərinə görə, reportajdan terrorçuların keçən il ələ keçirdiyi Mosulda həyatın normal davam etdiyi görünür. Mosul küçələrində gəzən, alış-veriş edən və bir xəstəxananın ziyarət edən girov jurnalist Con Kantli mediada çıxan xəbərlərin əksinə Mosulun yaşanıla biləcək bir şəhər olduğunu bildirir. Kantli "Media, İŞİD sərhədlərində həyatın depressiv, insanların isə totalitar rejim tərəfindən zəncirlə idarə edilməsi portretini cızır. Bunlar yanıldıcı xəbərlərdir. Bu günəşli dekabr ayında Mosulda həyat adi qaydasında davam edir" deyə bildirir. İngilis jurnalist daha sonra polis mərkəzində də olur. Con Kantli bundan öncə Suriyanın Kobani şəhərindən reportaj hazırlayaraq burda həyatın normal davam etdiyini bildirmişdi.