Qərbi Afrikada "Ebola" qurbanlarının sayı 8 mini keçdi

Qərbi Afrikada “Ebola” virusundan ölənlərin sayı 8 153 nəfərə çatıb. APA TV-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.

 

Yanvarın 5-ə olan məlumata görə, daha 20 656  nəfər virusa yoluxub. Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb. Həmçinin, Nigeriyada 8, Malidə - 7, ABŞ-da isə 1 nəfər Ebolanın qurbanı olub.

 

Qeyd edək ki, hazırda bu virusa qarşı bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də, onlardan hələlik heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb. “Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. 

Müəllif | Apa.Tv