Avstraliyada meşə yanğınları: 50 yaralı

Avstraliyanın cənubunda yerləşən Cənubi Avstraliya və Viktoriya ştatlarında bir neçə gündür, davam edən meşə yanğınlarını hələ də söndürmək mümkün olmayıb.

 

Məlumata əsasən, meşə yanğınları nəticəsində ən azı 50 nəfər xəsarət alıb. İki nəfər itkin düşüb, minlərlə insan evini tərk edib. Havaların isti keçməsi yanğının əhatə dairəsini daha da genişləndirib. Bu da öz növbəsində yanğınsöndürənlərin işini xeyli çətinləşdirib.

 

Qeyd edək ki, yanğının söndürülməsinə 800-ə yaxın yanğınsöndürən cəlb olunub.

Müəllif | Apa.Tv