Masallıda yaşayış evi yanıb

Masallıda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yanvarın 5-dən 6-a keçən gecə rayonun Qızılavar kənd sakini, 1981-ci il təvəllüdlü Nicat Fariz oğlu Qasımova məxsus birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın qısa müddətdə lokallaşdırılmaqla onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 110 kvadratmetr olan evin 2 otağı içindəki əşyalarla birlikdə 60 kv.m sahədə yanaraq, yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri hələlik bilinmir. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv