Türkiyədə güclü qar: məktəblər və yollar bağlandı, təyyarə reysləri təxirə salındı

Ötən axşam Türkiyədə güclü qar yağıb. Balkan və Qara dəniz tərəfdən gələn dondurucu soyuq ölkənin bütün bölgələrində hiss olunub. İstanbulda havanın temperaturu mənfi 10 dərəcə kimi düşüb. 15-ə yaxın vilayətdə məktəblərdə tətil elan edilib, şəhərlərarası yolllar bağlanıb. Şəhər bələdiyyələri yolların bağlanmaması üçün yollara duz tökür.

 

İstanbul valiliyi 2 gün ərzində fasilələrlə yağacaq qarla bağlı vətəndaşlara öz nəqliyyat vasitələrindən mümkün qədər istifadə etməmələri ilə bağlı  xəbərdarlıq edib.

 

APA TV-nin xəbərinə görə, Türkiyə Hava Yolları da bəzi daxili və xarici uçuşları təxirə salıb. Verilən rəsmi açıqlamaya əsasən, Atatürk və Sabiha Gökçen hava limanlarında ümumilikdə 39 daxili reys təxirə salınıb. Bundan başqa, Skopye, Budapeşt və Cenevrəyə ediləcək qarşılıqlı səfərlərin hələlik təxirə salınmasına qərar verilib.

 

Müəllif | Apa.Tv