Xırdalanda partlayış olub, 2 fəhlə ölüb

Xırdalan şəhərində partlayış baş verib. Abşeron rayon prokuroru Qənimət Səfərovun APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 12.00 radələrində Xırdalan şəhərində fəaliyyət göstərən taxta emalı sexində qeydə alınıb. Sexdə kompressorun partlaması nəticəsində orada işləyən fəhlələr – Aydın Fətullayev və Miraslan Ağayev ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv