Gəncədə ata və oğlunu maşın vurub
Gəncədə yolu keçmək istəyən ata və oğulu avtomobil vurub. Hadisə ötən gecə şəhərin Cavad bəy Rəfibəyli küçəsində qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Alim Musayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakinləri, 1952-ci il təvəllüdlü Aydın Məhərrəmovu və onun oğlu, 1989-cu il təvəllüdlü Muraz Məhərrəmovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar Gəncə şəhər Təcili Tibi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.