Sankt-Peterburqda azərbaycanlı kişi arvadını eyvandan atmaqda təqsirləndirilir

Ötən gecə Sankt-Peterburqun Narodnoye küçəsində bir qadın özünü eyvandan atıb. APA TV-nin xəbərinə görə, hadisədə onun azərbaycanlı əri şübhəli bilinir. Hadisə ilə bağlı polisə və təcili tibbi yardıma həmin küçədən keçən yerli sakin məlumat verib. Qadın sağ qalsa da, çoxsaylı travma alıb. Onu ağır vəziyyətdə Aleksnadrovskaya xəstəxanasına yerləşdiriblər. Daha sonra polis müəyyənləşdirib ki, qadın kommunal mənzildə əri, 45 yaşlı azərbaycanlı ilə birgə yaşayır. Qonşuların dediyinə görə, həmin şəxs tez-tez spirtli içki qəbul edir və həyat yoldaşını döyürmüş. Həmin gecə də o, eyni vəziyyətdə evə gəlib.

 

Qadının əri saxlanılıb. Polisin dediyinə görə, o, sərxoş olduğundan polisin suallarına cavab verə bilməyib. 

Müəllif | Apa.Tv