Sabirabadda "Asan xidmət" mərkəzi fəaliyyətə başlayıb

Prezidenti yanında Xətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dğvlət Agentliyinin tabeliyində olan Sabirabad "Asan xidmət" mərkəzi fəaliyyətə başlayıb. APA TV-nin xəbərinə görə, mərkəzdə 10 dövlət qurumu tərəfindən həyata keçirilən 30 hüquqi və 22 funkisional yardımçı xidmətdən Sabirabad ilə yanaşı Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan və Beyləqan sakinləri istifadə edirlər.

 

Qurumun İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov deyib ki,  8 rayon sakini, ümumilikdə 9 yüz minə yaxın sakin Sabirabad ASAn xidmət mərkəzinə müraciət edə bilər. Vətəndşla ASAN xidmətlə bağlı məlumatları öyrənmək üçün 108 Çağrı Mərkəzinə müraciət edə bilər.

 

Sakinlərə xidmət etmək üçün mərkəzdə hər cür şərait yaradılıb. Binanın birinci mərtəbəsində bank, hüquqi yardım və tibb xidmətləri, ikinci-üçüncü mərtəbələrdə dövlət orqanlarının xidmət pəncərələri, inzibati otaqlar, tərcümə mərkəzi və sığorta,  dördüncü mərtəbədə isə mərkəzin ofis otaqlarından başqa kitabxana, stress əleyhinə otaq və arxiv yerləşir. Bura gələn sakinlər xidmətdən razı qaldıqlarını bildirirlər.

 

"ASAN xidmət” mərkəzində çalışan əməkdaşların ümumi sayı 179 nəfərdir və onların 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, “uşaq əyləncə mərkəzi” də yaradılıb. Beləliklə, 4-ü paytaxtda,  eləcə də Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində ASAN xidmət mərkəzləri  fəaliyyət göstərir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı