Lənkəranda köməksiz qalmış 76 yaşlı qadın xilas edildi

Lənkəranda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış şəhər sakini xilas edilib. APA TV-nin cənub bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə daxil olmuş məlumatla əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasedici qrupu dərhal hadisə yerinə çıxıb.

 

Məlum olub ki, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, mənzil 24 ünvanında yaşayan 76 yaşlı Rəziyyə Qüdrət qızı Əhmədova evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirməklə xüsusi alət və avadanlıqlardan  istifadə edərək evin balkonundan mənzilə daxil olublar. Onların müdaxiləsi ilə evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış Rəziyyə Əhmədova xilas edilib. Daha sonra hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası şok keçirmiş qadına müvafiq tibbi yardım göstərib.

 

Müəllif | Apa.Tv