Şabranda iki qardaşın maşını toqquşdu - VİDEO
Şabranda iki qardaşın idarə etdiyi "Qazel" markalı avtomobil toqquşub. Biləsuvardan Qubaya meyvə almağa gələn qardaşlar Şabran rayonu ərazisində qəza törədiblər. Hadisə Bakı-Quba-Rusiya Federasiyası Dövlət Sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Biləsuvar rayon sakini, Dadaşov Məhəbbət İlqar oğlu idarə etdiyi 12 BE 416 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobillə qarşıda hərəkətdə olan Dadaşov Vüqar İlqar oğlunun idarə etdiyi eyni markalı, 12-BE-682 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəqliyyat vasitəsi daha sonra isə 10-TB-324 dövlət nömrə nişanlı sərnişin avtobusuna dəyib. Qəza zamanı ağır xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.