İmişlidə 23 yaşlı oğlan həmkəndlisini qətlə yetirib

İmişli rayonunda həmkəndlilər arasında  yaranan mübahisə ölümlə nəticələnib. Hadisə rayonun Yalavac kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 23 yaşlı Atdıxan Əbil oğlu Zeynalov həmkədlisi, 28  yaşlı Emin Kamil oğlu Usubovu bıçaqlayıb. Ağır yaralanan şəxsi yaxınları xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq, bir neçə bıçaq zərbəsi alan Emin Usubov xəstəxanada ölüb.

 

Aparılan əməliyyat axtarışları nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs Atdıxan Zeynalov polis tərəfindən saxlanılıb.  Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı