Bakı-Sumqayıt yolunda piyadanı maşın vurub

Bakı-Sumqayıt yolunda maşınla piyada vurulub. APA TV-nin məlumatına görə, hadisə yolun Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.

 

"Mitsubishi Pajero" markalı avtomobil yolu keçmək istəyən piyada, 35 yaşlı Sədi Həmid oğlu Abdullayevi vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Xəstəxanadan APA TV-yə verilən məlumata görə, yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Qeyd edək ki, Bakı-Sumqayıt yolunun hadisənin baş verdiyi hissəsində piyada keçidi var. Maşınla vurulan piyadanın keçiddən keçib-keçmədiyi dəqiqləşdirilir.

 

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

 

Müəllif | Apa.Tv