İstanbulda qadın kamikadze polis şöbəsini partlatdı: 2 ölü
Türkiyənin İstanbul şəhərində terror aktı törədilib. APA TV-nin məlumatına görə, İstanbulun turizm rayonlarından Sultanəhməddə polis şöbəsinə hücum olub. Hadisə nəticəsində 1 polis əməkdaşı şəhid olub, 1-i isə yaralanıb.
Terror hücumu axşam saatlarında baş verib. Turizm şöbəsinin qarşısındakı polis postuna yaxınlaşan bir qadın portmanatını itirdiyini bildirib. Qadın bir qədər sonra üzərindəki partlayıcını işə salıb. Nəticədə iki polis əməkdaşı ağır yaralanıb və xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
İstanbulun valisi Vasip Şahin intiharçı-terrorçunun partlayış zamanı öldüyünü bildirib.
İlkin ehtimala görə, qadının məqsədi binaya daxil olmaq və partlayışı orada törətmək olub. Lakin polis postundan keçə bilmədiyini gördükdə partlayıcı qurğunu postda işə salıb.
Türkiyə mətbuatı partlayışı törədən qadının son görüntülərini yayıb. Təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə qara çarşablı qadının polis şöbəsinin qarşısında bir necə dəfə gəzişdiyi görünür. O, ətrafı diqqətlə nəzərdən keçirdikdən sonra polis postuna yaxınlaşır. Terror aktı zamanı bir polis əməkdaşının bayıra çıxaraq, havaya atış açdığı da görütülər arasındadır. Ətrafdakı adamlar qaçışmağa başlayırlar.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Sultanəhməddəki terror aktından sonra jurmalistlərə açıqlama verib. Baş nazir deyib ki, partlayışla bağlı xəbəri toplantıda alıb.
İstanbulun təhlükəsizlik xidməti dövlət qurumlarına müraciət edib. Müraciətdə dövlət müəssisələri terror hücumlarına qarşı hazırlıqlı olmağa çağırılıb.