Goranboyda zəlzələ olub

Bu gün Azərbaycanda zəlzələ olub. Bu barədə APA TV-yə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

 

Təkanlar Bakı vaxtı ilə saat 10:44-də Gəncədən 41 km cənub-şərqdə Goranboy ərazisində qeydə alınıb.

 

Maqnitudası 3,5 olan və 10 km dərinlikdə baş verən zəlzələ hiss edilməyib.

 

Müəllif | Apa.Tv