Yəməndə polis kollecində terror aktı törədilib, 15 tələbə ölüb
Yəmənin paytaxtı Səna şəhərində polis kollecinin qarşısında avtomobilin partladılması nəticəsində onlarla insan ölüb və yaralanıb. APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisədə 15 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilir. Onların əksəriyyəti tələbədir.
Qeyd edək ki, bu, 2015-ci ildə Yəməndə törədilən ikinci terror hadisəsidir. Yanvarın 5 -də Yəmənin cənub-qərbində Əl Bayda əyalətinin Radaa şəhərində törədilmiş iki partlayış nəticəsində 30-u uşaq olmaqla 40 nəfər ölüb.
Hadisəni Əl-Qaidə terror qruplaşması öz üzərinə götürüb.