Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Yanvarın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə  verilən məlumata görə, şimal-qərb küləyi güclənəcək. Covğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var. Havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta olacaq.

 

Azərbaycanın bölgələrində də hava şəraitinin yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Yağışntının arabir intensivləşəcəyi ehtimalı var.  

 

Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.

   

Müəllif | Apa.Tv
Apa.tv