Şirvanda mağazadan oğurluq edilib

Şirvanda naməlum şəxslər mağazadan oğurluq ediblər. Mağaza sahibi Soltanov Kamil İlyas oğlunun APA TV-nin Mil-Muğan bürosuna verdiyi məlumata görə, oğurluq hadisəsi ötən gün gecə saatlarında baş verib. Naməlum şəxslər Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi 18 ünvanında yerləşən mağazanın dam örtüyünü deşərək içəri  keçiblər. Oğrular mağazadan 1300 manat nağd pul, 1200 manat dəyərində siqaret, spirtli içki, telefon danışıq konturları və ərzaq malları aparıblar. Onlar həmçinin mağazadan videokameranın görüntüləri olan yaddaş blokunu da özləri ilə götürüblər. Ümumilikdə mağaza sahibinə 3 min manata qədər ziyan dəyib.  

 

Oğurluq faktına görə Şirvan Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı