Sahil bağında qətlə yetirilən gənc Bakı meriyasının işçisi olub - TƏFƏRRÜAT

Dünən Bakının Səbail rayonu ərazisində, Sahil bağında törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Naməlum şəxs tərəfindən bıçaqlanan, 26 yaşlı dostu qətlə yetirilən 22 yaşlı Orxan Məmmədzadə Lent.az-a deyib ki, Sahil bağında dostu ilə gəzintiyə çıxıbmış. Dostu itini də götürübmüş. Bu vaxt qarşıdan gedən 4 qız itdən çəkinib. Onlar qızları sakitləşdiriblər ki, qorxmasınlar, dişləyən it deyil. Bu vaxt kənardan 26-27 yaşlı oğlan onların söhbətinə müdaxilə edib. Həmin şəxs kobud danışıb, onların arasında mübahisə olub. Bu zaman naməlum şəxs bıçaq çıxararaq, ona 2, dostu Həsən Həsənova isə 1 zərbə endirib. Həsən Həsənov ürəyindən xəsarət aldığından hadisə yerində ölüb. Bıçaqlanan şəxs əlavə edib ki, onlara hücum edən şəxsi əvvəldən tanımayıb.

 

Orxan Məmmədzadə deyib ki, Həsən Həsənov Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində nəzarətçi işləyib, bir neçə gün əvvəl işdən çıxıb.

  

Qeyd edək ki, dekabrın 6-sı saat 18:47 radələrində 1989-cu il təvəllüdlü, Nərimanov rayon sakini Həsənov Həsən Namiq oğlu və onun dostu, 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğlu Sahil bağında bıçaqlanıblar. H.Həsənov hadisə yerindəcə keçinib. O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv