Havanın temperaturu 15 dərəcə enəcək - RƏSMİ XƏBƏRDARLIQ

Hava şəraitinin kəskin dəyişməsi meteohəssas insanların səhhətinə təsirsiz ötüşməyəcək. ETSN Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə deyib ki, havanın kəskin soyuması bəzi insanlarda diskomfort hissi yarada bilər: "Yanvarın 8-də Abşeron yarımadasında ötən günlə müqayisədə çox kəskin dəyişməsi, havanın temperaturunun isə 10-15 dərəcə aşağı enməsi, güclü xəzri küləyi diskomfort şəraitini gücləndirəcək. Çovğun da əksər insan üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq hava şəraitində qalmaq məsləhət deyil".

 

Yanvarın 9-u gündüz və 10-da soyuq diskomfort şəraitinin davam edəcəyi gözlənilsə də, metroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.

 

Havanın temperaturu ayın 8-də gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, 9-da gün ərzində 0 dərəcəyə yaxın, 9 və 10-da gecə və səhər saatlarında 1-4 dərəcə şaxta olacaq: "Rayonlarda da ayın 7-si günün ikinci yarısından başlayaraq, hava şəraitinin kəskinləşəcəyi gözlənilir, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda isə yağıntıların intensivləşəcəyi ehtimalı var. Yolar buz bağlayacaq".

 

Yanvarın 10 da isə hava nisbətən sabitləşəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova