Fransada Məhəmməd peyğəmbərin karikaturasını yayan jurnala hücum: 11 ölü, 5 yaralı

Fransada Məhəmməd peyğəmbərin karikaturasını yayımlayan jurnalın ofisinə silahlı hücum olub. İlkin informasiyaya görə, hücum nəticəsində 11 nəfər ölüb, 5 nəfər yaralanıb. Hücum edənlərin “Kalaşnikov” avtomatları ilə atəş açdıqları bildirilir. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutublar, nəticədə 1 polis əməkdaşı yaralanıb. Satirik jurnal "Charlie Hebdo" Məhəmməd peyğəmbərin həyatını cizgi roman halına gətirib. Fransada satışa çıxan jurnalı yayımlayanlar peyğəmbəri ələ salmaq və təhqir etmək fikrində olmadıqlarını, əksinə, islam dini haqqında bilgiləri artırmaq fikrində olduqlarını bildiriblər. Olayla əlaqədar Fransa prezidenti Fransua Olland hökumətin təcili iclasını çağırıb.

 

Qeyd edək ki, "Charlie Hebdo" jurnalı 2011-ci ildə Hz. Məhəmmədin karikaturasını yayımlayıb. Bundan sonra başlayan etiraz aksiyalarında jurnalın Parisdəki mərkəzi ofisini yandırmışdılar. Buna rəğmən 2012-ci ildə Məhəmməd peyğəmbərin karikaturaları yenidən yayımlanmışdı. Jurnal Papalıq, Xristianlıq, Yəhudilik və digər dini inanc və müqəddəs qəbul edilən dəyərlərlə bağlı karikaturalar da çap edir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı