Saxlanılan şəxs: "Həyatımı məhv elədim..."

Yanvarın 5-də Binəqədi rayonunda kafedə adam bıçaqlayan şəxs yaxalanıb. 

 

Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhim Həsənova bıçaqla xəsarət yetirən Kürdəmir rayon sakini Ülvi  Səfərov tutulub. Hadisə gecə saatlarında rayon ərazisindəki kafelərin birində baş verib.  Kafedə yeyib-içən 4 nəfərlə qonşu masada tək oturan Ülvi Səfərov arasında mübahisə yaranıb. APA TV-nin xəbərinə görə, Ülvi Səfərov hadisəni söyüş üstündə törətdiyini deyib: "Onu söyüş üstündə bıçaqladım".

 

Bıçaq xəsərəti alan Rəhim Həsənovu dostları xəstəxanaya çatdırıblar.  Ülvi Həsənov isə könüllü polisə təslim olub: "Peşman deyiləm, amma öz həyatımı məhv elədim. Uşaqların cəzaçəkmə müəssisəsində yatmışam, fikirləşirdim ki, həyatımı dəyişərəm, amma olmadı".

 

Qeyd edək ki, Ülvi Səfərov oğurluq,  narkotik vasitə saxlama və daşıma, soyğunçuluq və saxta sənədlər düzəltmə maddələri ilə əvvəllər məhkum olunub. 

 

Müəllif | Apa.Tv