Deputat Asəf Hacıyevin səlahiyyətlərinə xitam verildi

“71 saylı Masallı kənd Seçki Dairəsində hansısa maraqlı qüvvənin seçkilərə kölgə salmaq niyyəti hiss olunur”.

 

APA TV-nin xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib: "Dünyanın heç bir yerində hər şey ideal deyil və seçkilərdə heç bir qanun pozuntusu olmadığının iddia edilməsini düzgün saymır. Ola bilməz ki, məntəqədə 10 saat səsvermə getsin, hansısa xoşagəlməz hal olmasın. Səsvermə zamanı hansısa pozuntuların baş verməsindən kimsə sığortalanmayıb, seçkidə milyonlarla insan iştirak edir. Məntəqədə kimsə birini itələyib qabağa keçə, məntəqə sədri də onu buraxa bilər. Ancaq bunların səsvermənin nəticəsinə təsiri yoxdur. Masallıdan gələn şikayətlərdə isə iddia edirlər ki, səslər sayılmadı. Çox maraqlı iddialar var. Hiss olunur ki, şikayət edən insanların özləri bu şikayətlərdə maraqlı deyil”.

 

Bundan əlavə, Mərkəzi Seçki Komissiyası Milli Məclisin deputatı Asəf Hacıyevin səlahiyyətlərinə xitam verib.

 

Xatırladaq ki, 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən A.Hacıyev QDİƏT PA-nın baş katibliyi İstanbulda yerləşdiyi üçün Türkiyəyə köçəcək. Buna görə də o, yanvarın 5-də MSK-ya müraciət edərək, deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib. Seçki Məcəlləsinin 175 və 176-cı maddəsinə görə, müvafiq müraciət daxil olduqdan sonra 2 gün sonra deputatın müraciətinə baxılır.

 

Daha sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı