Cəlilabadda həmyerlisi 23 yaşlı oğlanı ölümcül yaralayıb

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yanvarın 7-də günorta saatlarında Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini, 26 yaşlı Mansur Vəliyev şəxsi münaqişə zəminində həmyerlisi, 23 yaşlı Bəyazit Ağayevə baş nahiyəsindən taxta parçası ilə, daha sonra isə bədəninin müxtəlif  yerlərinə bıçaqla bir neçə zərbə endirib. Bundan sonra təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq gizlənib.

 

Yaralı ətrafdakı şəxslərin müdaxiləsi ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada cərrahiyyə əməliyyatı olunan Bəyazitin vəziyyəti hazırda  orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv