"Sahil bağı"nda dəhşətli qətli törədənin kimliyi açıqlandı

Ötən gün Bakıda qətl törədən şəxs saxlanılıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində "Sahil bağı"nda 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən və 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğluna bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov tutulub.

 

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. Həsən Həsənov və tanışı Orxan Məmmədzadə bir nəfər tərəfindən bıçaqlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv