Abşeronda fiziki qüsurlu gənc qaçırdığı maşınla qəza törətdi

Abşeron rayonunun Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Avtoqəzə şəhərin M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. Adıçəkilən küçə ilə Masazır dairəsi istiqamətində yüksək sürətlə avtomobili idarə edən eşitmə və nitq qüsuru olan sürücü idarəetməni itirib. Nəticədə avtomobil hərəkət zolağından çıxaraq yol kənarındakı mebel salonlarından birinə çırpılıb. Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım gələrək sürücüyə ilkin tibbi yardım göstərilib. Daha sonra zərərçəkən xəstəxanaya aparılıb. Polisdən verilən məlumata görə, sürücü əmisinin avtomobilini qaçıraraq qəza törədib. Avtomobilin çırpıldığı mebel salonuna dəyən ziyan hesablanır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv