Bakıda 1 qutu siqaretə görə mağazanı soyan şəxs yaxalandı

Binəqədi rayonunda mağazadan quldurluq edən şəxs yaxalanıb. APA TV-nin məlumatına görə, rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də məhkumluq həyatı yaşayan Nazim Manafov tutulub. İlkin dindirilmə zamanı etdiyi əməli boynuna alan Nazim Manafov sərxoş olduğunu və 1 qutu siqaretə görə, mağazanı soyduğunu bildirib.

 

Məlum olub ki, o, Əşrəf Hüseynova məxsus mağazaya girərək oradan 150 manat nağd pul, tütün məmulatları, danışıq kartları və ərzaq məhsullarını götürərək qaçıb.

 

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv