Bakıda yeni istifadəyə verilən yolda zəncirvari qəza olub

Ötən gecə Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə yeni istifadəyə verilən Dərnəgül şosesindəki körpüdə qeydə alınıb. Prospektlə yüksək sürətlə  hərəkət edən "BMW" markalı avtomobil qarşı yola çıxaraq, "Nissan" və "Mercedes"lə toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. "BMW" və "Nissan"ın sürücüsü xəsarət alıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücülər hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıblar.

 

Qəza zamanı maşınlar yanmaq təhlükəsi ilə üzləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın təhlükəsinə qarşı tədbir görülüb.

 

İlkin araşdırmalar nəticəsində məlum olub ki, prospektlə yüksək sürətlə avtomobili idarə edən "BMW"in sürücüsü sərxoş olub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv