Dünya bazarlarında neft bahalaşıb

Dünən səhər saatlarında sürətlə ucuzlaşan yenidən dəyər qazanıb və barel üzrə təxminən 2 dollar bahalaşıb. London birjasında isə “Brent” markalı neftin barelinin qiyməti 66 sent, yaxud 0,43 faiz bahalaşaraq 51,37 dollara qalxıb. Dünən günorta saalarında “Brent” neftinin bareli 50,44 dollara təklif edilirdi.

 

Buna baxmayaraq, Texas neftinin bareli 50 dollarlıq baryeri keçə bilməyib. Hazırda Texas neftinin barelinin qiyməti Nyu-York birjasında 49,05 dollardır. Sutkalıq bahalaşma 40 sent və ya 0,82 faizdir. Halbuki, dünən günorta saatlarında isə Texas neftinin bareli 47,26 dollardan təklif edilirdi.

 

APA TV-nin xəbərinə görə, iki gün öncə dünya birjalarında neft kəskin ucuzlaşmışdı. Texas neftinin bareli 2,65 dollar ucuzlaşaraq 50,04 dollara düşmüşdü. Həmin gün Londonda “Brent” markalı neftin barelinin qiyməti 2,01 dollar ucuzlaşaraq 51,1 dollar olub.

Müəllif | Apa.Tv
Apa.tv