Daşkəsəndə "Mercedes" dərəyə yuvarlanıb: 1 ölü, 1 yaralı

Daşkəsən rayonu ərazisində 1 nəfərin olümü və 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonunun Quşçu kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 34 yaşlı Zöhrab Bayramovun idarə etdiyi “Mercedes” markalı avtomobil Gəncə istiqamətində hərəktdə olarkən idarəetmənin itirilməsi nəticəsində dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişin isə yüngül xəsarətlər alıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində arşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv