İmişlidə bir ailənin 3 uşağı limonaddan zəhərlənib

İmişlidə bir ailənin 3 üzvü zəhərlənib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, limonaddan zəhərləndikləri bildirilən İmişli rayonunun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı limonaddan zəhərləndiklərinə görə Mərkəzi Rayon Xəstəxanasının infeksion xəstəlikləri şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, onların vəziyyəti qənaətbəxşdir.

 

Uşaqların atasının bildirdiyinə görə, limonadın içindən siçan çıxıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı