Salyanda avtomobil aşıb, sürücü ölüb

Ələt-Astara magistralında baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanvarın 7-də, saat 20.00 radələrində, Ələt-Astara magistralının 22-ci kilometrliyində, Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Nəsirov Nemət Rahib oğlunun idarə etdiyi “Mercedes” markalı, 90 UL 447 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

 

Qəza nəticəsində N.Nəsirov hadisə yerində ölüb. Sərnişin, Lənkəran sakini, 1996-cı il təvəllüdlü Hüseynzadə Səfərəli Tehran oğlu isə ağır bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı