Sabah da hava qarlı və şaxtalı olacaq

Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, gecə və səhər saatlarında qar yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən APA TV-yə məlumata görə,  yağıntı gündüz tədricən kəsiləcək. Şimal-qərb küləyi günün birinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

 

Sabah Azərbaycanın bölgələrində havanın fasilələrlə yağıntlılı olacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntı gündüz qərb rayonlarından başlayaraq, tədricən kəsiləcək.

 

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv