Bakıda buzlu yolda maşın dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. "Mercedes" markalı  avtomobil prospektin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində işıq dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 24 yaşlı Elcan Abdullayev və onun qohumu, 20 yaşlı Arzu Abdullayeva xəsarət alıblar. Yaralılar maşında sıxışıb qaldıqlarından əraziyə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilıasediciləri cəlb ediliblər. Xəsarət alanlar avtomobildən çıxarılıb və Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Xəstəxanadan APA TV-yə bildiriblər ki, hər iki şəxsin vəziyyəti normaldır, həyatları üçün təhlükə yoxdur. İlkin ehtimala görə, yol buz bağladığından və sürət yüksək olduğundan sürücü idarəetməni itirib və maşını dirəyə çırpıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv