Sumqayıtda keçmiş məhkum 2 kq narkotiklə tutulub
Sumqayıtda narkotik aludəçisi olan 40 yaşlı şəxs saxlanılıb. APA TV-nin xəbərinə görə, ailə həyatı qurmayan Çingiz Səfxanov 10 ilə yaxındır ki, narkotik qəbul edir. Sumqayıt ərazsində idman gödəkçəsi ilə gəzməsindən şübhələn polis əməkdaşları onu saxlayıblar. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Çingizin çantasına keçirilən baxış zamanı oradan 2 kiloqarmdan çox qurudulmuş marixuana götürülüb.
Çingiz Səfixanovun sözlərinə görə, həmin narkotiki Corat qəsəbəsindən şəxsi istifadəsi üçün alıb.
10 illik "dostu" Çingiz Səfxanovu yenidən dəmir barmaqlıqlar arxasına göndərəcək.