Dağlıq rayonlarda məktəblərdə dərslər dayandırıla bilər

Hava şəraiti ilə bağlı dağlıq rayonlarda orta məktəblərdə dərslərin dayandırılması araşdırmalardan sonra bilinəcək. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Lent-az bildirib ki, nazirlik bununla bağlı rayonlar üzrə araşdırma aparır: “Araşdırma bitdikdən sonra həmin məktəblərlə bağlı vəziyyət məlum olacaq. Nazirlik bununla bağlı geniş məlumat verəcək”. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, qarlı-şaxtalı hava şəraiti davamiyyətə kifayət qədər təsir göstərib: “Əksər valideynlər övladlarını məktəbə göndərməyə ehtiyat edirlər. Buna görə də istər Bakıda, istərsə də bölgələrdə - xüsusən də yüksək dağlıq rayonlarda davamiyyət xeyli aşağı düşüb”.

 

Qeyd edək ki, şaxtalı hava şəraiti yanvarın 9-u və 10-da da davam edəcək. 

Müəllif | Apa.Tv
Apa.tv