Kadırov: “Xodorkovskini şəxsi düşmənim elan edirəm”
Çeçenistan rəhbəri Ramzan Kadırov “YUKOS” konserninin sabiq prezidenti Mixail Xodorkovskini şəxsi düşməni elan edib. APA TV-nin məlumatına görə, Xodorkovski Charlie Hebdo jurnalının redaksiyasına hücumdan sonra bütün media qurumlarını Məhəmməd peyğəmbərin karikaturasını dərc etməyə çağırıb. Kadırov Xodorkovskinin bu çağırışını “Qərbdəki sahiblərinə quyruq bulamaq” kimi dəyərləndirib və YUKOS-un sabiq rəhbəri bu çağırışla özünü bütün müsəlmanların düşməni elan edib. SİTAT: “Deməli, o həm də şəxsən mənim düşmənimdir. Əminəm ki, onun sevimli İsveçrəsində bu cinayətkarın lazımi cavabını verə biləcək minlərlə qanunpərəst vətəndaş tapılacaq. Əminəm ki, Xodorkovskiyə verilən cavab çox həssas və sərt olacaq”. Xatırladaq ki, bundan əvvəl Çeçenistan parlamentinin spikeri Dukuvax Əbdürrəhmanov da Xodorkovskini şəxsi düşməni elan edib.