Zaqatalada 8 yaşlı qız dərmandan zəhərlənib
Zaqatalada 8 yaşlı qız dərmandan zəhərlənib. Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, rayonun Aşağı Tala kənd sakini, 2007-ci il təvəllüdlü Şəbnəm Vəli qızı Butdayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, Şəbnəm Butdayeva bilmədən bir neçə dərman qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.