ABŞ Avropada 15 hərbi bazasını bağladı!
Pentaqon Avropada yerləşən 15 hərbi bazanın bağlanması barədə qərar qəbul edib. APA TV-nin məlumatına görə, fəaliyyəti dayandırılan hərbi bazalar yerləşdikləri ölkələrin Silahlı Qüvvələrinə veriləcək. Avropada hərbi bazaların bağlanması Pentaqona büdcə xərclərini ildə 500 milyon dollar azaltmağa imkan verəcək. Pentaqon Böyük Britaniya, Almaniya, Belçika, Hollandiya, İtaliya və Portuqaliyada hərbi bazalarını bağlayacağını açıqlayıb. Qeyd edək ki, hazırda ABŞ-ın Avropadakı hərbi bazalarda 67 min nəfərlik hərbi personalı xidmət keçir. Bazaların modernləşdirilməsi çərçivəsində bu rəqəmin ilbəil azaldılması nəzərdə tutulur. Pentaqon rəhbəri Çak Heyql atılan addımın Avropada hərbi güc balansına az da olsa zəiflədəcəyini, lakin Amerikanın hərbi əməliyyatlarına və Avropadakı müttəfiqlərə dəstək potensialına təsir göstərməyəcəyini deyib.