Parisdə yeni terror aktı: 2 ölü, 20 yaralı
Fransa paytaxtında yenidən terror aktı törədilib. Ölkənin şimalında gizləndikləri ehtimal olunan və "Charlie Hebdo" hadisələrini törədən iki qardaş yenidən Parisdə peyda olub. Şəhərin cənub rayonu Uazada hüquq mühafizə orqanları əməkdaşları ilə onların arasında atışma olub. APA TV-nin Fransa mənbələrinə istinadən verdiyi xəbərə görə, 2 nəfər öldürülüb, 20 nəfər yaralı var. Atışmadan öncə polisə onların şəhərin Dammarten-an Qoel məhəlləsində insanları girov götürdükləri məlum olub. Hazırda onların şəhərin sənaye zonasına aid olan "CDT" nəşriyyatında olduqları deyilir. Qardaşların əlində neçə girovun olduğu bilinmir. Ərazi polisin tam nəzarətinə götürülüb, havada helikopterlər uçur. Hadisə yerinə xüsusi təyinatlılar da cəlb ediliblər.